"Fənərbağça" Türkiyə Futbol Federasiyasının nizam-intizam komitəsi tərəfindən cəzalanıb.
Korner.az-ın məlumatına görə, "Fənərbağça" – "Beşiktaş" derbisi zamanı azarkeşlərin çirkin və təhqir edici şüarlar səsləndirdikləri üçün "Sarı-Lacivərtlilər" 1 oyunluq azarkeşsiz oynama və 80 min lira pul cəzası alıb.
Klubdan əlavə komandanın futbolçusu Raul Mereleş də cəza alıb. Belə ki, derbi zamanı rəqibi Vəli Kavlağa qarşı etdiyi kobud hərəkətdən birbaşa qırmızı vərəqə alan portuqaliya futbolçuya 2 oyun oynamama cəzası verilib.
