Avropa Kulublar Birliyi iclasına “Fənərbağça” və “Beşiktaş”ın yerinə “Bursaspor” klubu qatılacaq.
Koner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubu iclasda idarə heyətinin sədri Ayxan Barışçı təmsil edəcək.
“Bursaspor” bu iclasa digər türk klubu “Qalatasaray”la birgə qatılacaq.
Xatırladaq ki, “Fənərbağça” ve “Beşiktaş” avrokuboklardan kənarlaşdırıldığı üçün iclasa dəvət almayıb.
