“Fənərbağça” və “Beşiktaş”ın yeni transfer hədəfi
28.11.2025 , 22:30
“Fənərbağça” və “Beşiktaş” müdafiə xəttini gücləndirmək üçün “Napoli”nin əsas oyunçularından biri olan Amir Rahmanini gündəmlərinə daxil ediblər.
Korner.az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi son mövsümlərdə sabit çıxışı ilə Avropanın müxtəlif klublarının diqqətini çəkib.
Kosovo yığmasının kapitanı olan Rahmani həm İtaliya A seriyasında, həm də Çempionlar Liqasında “Napoli”nin müdafiə xəttində mühüm rol oynayıb.
Türkiyə nəhənglərinin qış transfer dövründə rəsmi təkliflə çıxış edə biləcəyi ehtimal olunur.