Azarkeşlərlə bağlı məsələlərə görə “Fənərbağça” və “Beşiktaş”lı bəzi idarəçilər izahatları alınmaq üçün polis bölməsinə dəvət olunub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, idarəçilər “Beşiktaş” – “Qalatasaray” və “Fənərbağça” – “Trabzonspor” oyunundakı ixtişaşlarla əlaqədar polis bölməsinə çağırılıb.
Xatırladaq ki, “Beşiktaş” azarkeşləri meydana daxil olaraq oyunun yarımçıq dayanmasına səbəb olmuşdular. “sarı lacivərdli” azarkeşlər isə “Trabzonspor” klubunun başqanının maşınına hücum çəkmişdilər.