Uzun müddətdir "Qalatasaray"ın maraq dairəsində olan Madrid "Real"ının türkiyəli futbolçusu Həmit Altıntopun "Fənərbağça"ya keçdiyi iddia edilir.
Korner.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, "sarı-lacivərdlilər"in prezidenti Əziz Yıldırımın azadlığa buraxılmasından sonra transfer bombasını partladılacağı, Altıntopun da həmin futbolçu olduğu bildirlir.
"Fənərbağça" rəhbərliyinin Madridə yollandığı yarımmüdafiəçi üçün qarşı tərəfə 4 milyon avro təklif etdiyi gələn xəbərlər arasındadır.