“Fənərbağça” ulduz futbolçu transfer edir
26.04.2023 , 12:08
“Fənərbağça” yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi komandada boşluqları doldurmaq fikrindədir.
Super Liqa klubu axtardığı adı İngiltərə Premyer Liqasında tapıb.
Belə ki, klub “Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çiki heyətinə qatmağa hazırlaşır. Tərəflər arasında danışıqların olduğu bildirilir.