“Fənərbağça” rəhbərliyi bir çox səfər matçında yaşanan qalmaqalları nəzərə alaraq, yeni mövsümdən zirehli avtobusdan istifadə etməyi qərara alıb.
Korner.az-ın məlumatına görə, komandanın avtobusuna daş, taxta və s. alətlərlə edilən hücumlar artıq “sarı-lacivərdlər”i təngə gətirib. Bunun üçün rəhbərlik xüsusi avtobus sifariş verib.
Xatırladaq ki, cari mövsüm “Rizəspor”la səfər matçından sonra İstanbul klubunun avtobusuna silahlı basqın olunmuş və sürücü ağır yaralanmışdı.
