“Fənərbağça” üçün Marko Asensio
23.01.2025 , 15:00

Milan Skrinyar və Dieqo Karlosdan sonra “Fənərbağça” daha bir transfer üçün yaxınlaşıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi bu dəfə PSJ-nin digər ulduzu Marko Asensio üçün hərəkətə keçib.
Türkiyə klubu ispaniyalı sağ cinah oyunçusunun meneceri ilə ilkin əlaqə saxlayıb.
Danışıqları davam etdirən “Fənərbağça” bu transferi qısa zamanda başa çatdırmaq istəyir.
Bu mövsüm Fransa nəhənginin heyətində 15 matçda iştirak edən Marko Asensio 2 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
