Həftə içi Avropa Liqasının qrup oyununda "AEL Limasol"la qarşılaşacaq "Fənərbağça" iki futbolçunun zədəsini sağaltmasına sevinir.
Korner.az-ın məlumatına görə, "sarı bülbüllər"in iki aparıcı futbolçusu Jozep Yobo və Raul Meyreleş komanda ilə birgə məşqlərə başlayıblar. Komandanın baş məşqçisi Aykut Kocaman noyabrın 6-də bu futbolçulara şans verəcəyi təqdirdə həm Meyreleş, həm Yobo meydana çıxa biləcək.
