Türkiyə Super Liqasının V turu çərçivəsində “Alanyaspor”a qarşı keçirilən matçın 32-ci dəqiqəsində zədələnərək Mehmet Ekici ilə əvəzlənən “Fənərbağça”nın futbolçusu Nabil Dirarın son durumu məlum olub.
Oyunçunun qasığında I dərəcəli yırtıq aşkarlanıb.
31 yaşlı vinqer növbəti turda “Beşiktaş”a qarşı keçiriləcək oyunu buraxacaq. Mərakeşli futbolçunun 7-ci tur çərçivəsində baş tutacaq “Akhisarspor” – Fənərbağça” qarşılaşmasına qədər sağalacağı gözlənilir.
