Qış transfer dönəmində transfer etməməyi planlaşdıran "Fənərbağça" bu fikrindən daşınmaq niyətindədir.
Korner.az-ın Qana mətbuatına istinadən verdiyi məlumata görə, "Sarı-Lacivərtlilər" qanalı futbolçu Antoni Annanı transfer etmək istəyir. Almaniyanın "Şalke" klubunda forma geyinən 27 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda bitəcək. İyun ayın sərbəst qalacaq futbolçunun indədən transfer olunmasına Alman klubun müsbət qarşılayacağı bildirilir.
Qeyd edək ki, ispaniyanın "Osasuna" klubuna kiralıq olaraq forma geyinən Annan hazırda "Şalke" ilə birgə Dohada təlim-məşq toplanışındadı.
