Türkiyənin "Fənərbağça" klubu daha bir futbolçunun keçidini həll edib. Korner.az-ın məlumatına görə, “Yuventus”un və Serbiya yığmasının futbolçusu Miloş Krasiç bundan sonra "Fənər"in uğurları üçün tər tökməli olacaq. "Sarı bülbüllər"lə 4 illik müqavilə imzalayan 27 yaşlı yarımmüdafiəçi yeni komandasına 7 milyon avroya başa gəlib. Krasiçin təqdimat mərasimi bu gün keçiriləcək.
Qeyd edək ki, ötən mövsüm ölkə çempionu olan “Yuventus”da daha çox ehtiyatda qalan Miloş 2010-cu ildə Moskva MOİK-indən ora 12 milyon avroya keçmişdi.
