“Fənərbağça” uzun müddətdi danışıqlar apardığı braziliyalı futbolçu Dieqoyla razılığa gəlib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçunun mövsümün sonunda müqaviləsi bitir ona görə də “sarı bülbüllər” qışda “sambaçı”nı heyətinə qatacaq.
Futbolçu özü də İstanbul nəhənginin onunla maraqlandığını və “Fənərbağça”da böyük məmnuniyyətlə oynamaq istədiyini bildirib.
