“Fənərbağça” Taliska ilə müqavilə imzaladı
28.01.2025 , 20:32

“Fənərbağça” “Əl-Nəsr”dən heyətinə cəlb etdiyi Anderson Taliska ilə imzaladığı müqavilənin detallarını açıqlayıb.
Korner.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə imzalanan sözləşmənin müddəti 1,5 ili əhatə edir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Taliska 2021-ci ildən Səudiyyə Ərəbistanı təmsilçisində forma geyinirdi.
