Çempionlar Liqası III tur cavab qarşılaşmasında səfərdə "Vaslui"ni 4:1 hesabı ilə məğlub edən "Fənərbağça" sürpriz təbrik alıb.
Korner.az-ın məlumatına görə, "sarı-lacıvərdlilər"in yeni transferi Dirk Kuytın vətəndaşı olan Uesli Sneyder təbrik mesajı göndərib.
"Tvitter" sosiyal şəbəkəsində ürək sözlərini yazan Sneyder: "Yeni komandasında 2 qol vuran Dirk Kuytu ürəkdən təbrik edirəm. İnşallah davamı gələr" – ifadələrinə yer verib.