Bu Avropa liqasınım qrup oyunlarına start verilib.
Korner.az– ın məlumatına görə, 12 qrupda 24 komanda mübarizə aparır.
H qrupunda yer alan Azərbaycan təmsilçisi “Neftçi”nın Serbiyada “Partizan” ilə qarşılaşmasında hesab açılmadı. Qrupun digər oyununda isə İtaliyanın “İnter” klubu Rusiyanın “Rubin” komandasını qəbul etdi. 1:2 hesabı ilə məğlub durumda olan Milan təmsilçisi son anda hesabı bərabərləşdirərək məğlubiyyətdən yaxa qurtardı.
Ölkəmizdə minlərlə azarkeşi olan “Fənərbağça” isə Fransanın “Marsel” komandası ilə qarşılaşıb. Görüşdə 2:0 öndə olan “sari-kanarya”lar sona 10 dəqiqə qalmış 2 qol buraxaraq qələbəni əldən verib.
20 sentyabr
Avropa Liqasında qrup mərhələsinin oyunları
A qrupu
"Yanq Boyz" (İsveçrə) – "Liverpul" (İngiltərə) – 3:5
"Udineze" (İtaliya) – "Anji" (Rusiya) – 1:1
B qrupu
"Viktoriya" (Plzen, Çexiya) – "Akademika" (Portuqaliya) – 3:1
"Hapoel" (Təl-Əviv, İsrail) – "Atletiko" (Madrid, İspaniya) – 0:3
C qrupu
"Fənərbağça" (Türkiyə) – "Olimpik" (Marsel, Fransa) – 2:2
AEL (Kipr) – "Borusiya" (Münhenqladbax, Almaniya) – 0:0
D qrupu
"Bordo" (Fransa) – "Brügge" (Belçika) – 4:0
"Maritimu" (Portuqaliya) – "Nyukasl" (İngiltərə) – 0:0
E qrupu
"Ştutqart" (Almaniya) – "Styaua" (Rumıniya) – 2:2
"Kopenhagen" (Danimarka) – "Mölde" (Norveç) – 2:1
F qrupu
"Dnepr" (Ukrayna) – PSV (Endhoven, Hollandiya) – 2:0
"Napoli" (İtaliya) – AİK (İsveç) – 4:0
G qrupu
"Genk" (Belçika) – "Videoton" (Macarıstan) – 3:0
"Sportinq" (Portuqaliya) – "Bazel" (İsveçrə) – 0:0
H qrupu
"İnter" (İtaliya) – "Rubin" (Rusiya) – 2:2
"Partizan" (Serbiya) – "Neftçi" (AZƏRBAYCAN) – 0:0
İ qrupu
"Atletik" (Bilbao, İspaniya) – "Hapoel" (Kiryat Şimone, İsrail) – 1:1
"Lion" (Fransa) – "Sparta” (Praqa, Çexiya) – 2:1
J qrupu
"Tottenhem" (İngiltərə) – "Latsio" (İtaliya) – 0:0
"Maribor" (Sloveniya) – "Panatinaikos" (Yunanıstan) – 3:0
K qrupu
"Bayer" (Leverkuzen, Almaniya) – "Metallist" (Ukrayna) – 0:0
"Rapid" (Vyana, Avstriya) – "Rusenburq" (Norveç) – 1:2
L qrupu
"Levante" (İspaniya) – "Helsinborq" (İsveç) – 1:0
"Tvente" (Hollandiya) – "Hannover" (Almaniya) – 2:2
