“Fənərbağça” mübarizəni dayandırdı
17.03.2023 , 02:10

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, “Fənərbağça” evdə “Sevilya”nı qəbul edib. Türkiyə klubu qələbə qazansa da, ümumi hesabda geri olduğu üçün mübarizəni dayandırıb.
Komandalar arasında İspaniyada baş tutan oyun türklərin məğlubiyyəti ilə başa çatıb – 0:2.
UEFA Avropa Liqası
1/8 final, cavab oyunları
16 mart
21:45. “Betis” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:1
İlk oyun – 1:4
21:45. “Fənərbağça” (Türkiyə) – “Sevilya” (İspaniya) – 1:0
İlk oyun – 0:2
21:45. “Feyenoord” (Niderland) – “Şaxtyor” Donetsk (Ukrayna) – 7:1
İlk oyun – 1:1
21:45. “Frayburq” (Almaniya) – “Yuventus” (İtaliya) – 0:2
İlk oyun – 0:1
00:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) – 1:1
İlk oyun – 2:2
00:00. “Ferentsvaroş” (Macarıstan) – “Bayer” (Leverkuzen, Almaniya) – 0:2
İlk oyun – 0:2
00:00. “Real Sosyedad” (İspaniya) – “Roma” (İtaliya) – 0:0
İlk oyun – 0:2
00:00. “Yunion” (Belçika) – “Yunion” (Berlin, Almaniya) – 3:0
İlk oyun – 3:3
