“Fənərbağça” “Reyncers”lə oyuna itkilərlə çıxacaq
12.03.2025 , 22:24

“Fənərbağça” ciddi itkilərlə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları – Saint Maksimin və Çağlar Söyüncü “Reyncers”lə görüşü buraxacaq.
Buna səbəb hər iki oyunçunun zədəsinin olmasıdır.
Onların adı Avropa Liqasında “Reyncers”lə keçiriləcək cavab görüşünün iştirak ərizəsinə daxil edilməyib.
