Super Liqanın ilk 9 həftəsində 21 qol vuran “Fənərbağça” “Real”, PSJ, “Arsenal”, “Napoli” və “Monako” kimi klubları geridə qoyub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “sarı lacivərdlilər” matç başına 2,33 qol ortalamasıyla oynayır.
Bu göstəriciylə Ərsun Yanalın yetirmələri Avropada ilk 10-luğda yerləşiblər.