Türkiyənin "Fənərbağça" klubuna məxsus “Şükrü Saracoğlu” stadionunda yenidən qurma işləri aparılacaq.
Korner.az-ın məlumatına görə, "sarı lacivərdlilər"in 50 min 509 nəfər azarkeş tutumuna malik olan stadionu t'mird'n sonra 45 minə endiriləcək. Stadionun azarkeş tutumunun azaldılmasından sonra arenada futbol izləmək daha komfortlu olacaq.
Lakin azarkeşlərin sevindirməyəcək amil isə təmirdən sonra biletlərin bahalaşmasıdı.
