“Fənərbağça” qalib gəldi, amma “Nottingem Forest” səddini aşa bilmədi
27.02.2026 , 10:00
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları başa çatıb.
Korner.az xəbər verir ki, “Fənərbağça” səfərdə ”Nottingem Forest”i 2:1 hesabı ilə məğlub etsə də, iki oyunun nəticəsinə görə turnirlə vidalaşıb.
Türkiyə təmsilçisi ilk qarşılaşmada öz meydanında 0:3 hesabı ilə uduzduğu üçün səfər qələbəsi mərhələ adlamaq üçün kifayət etməyib.
“Nottingem Forest” – “Fənərbağça” – 1:2
Qollar: Hadson-Odoi, 68 – K.Aktürkoğlu, 22; 48 (pen.)
İlk oyun: 3:0