“Qalatsaray”ın futbolçusu Aurelien Şedju İstanbul klubundan ayrılmağa hazırlaşır.
Korner.az-ın “Sabah” qəzetinə istinadən yaydığı xəbərə görə, kamerunlu oyunçuya “Cim Bom”un matçlarında çox şans verilmədiyi üçün o, klubdan getməyə qərar verib.
Şedjunun “Fənətbağça”ya transfer olunacağı iddia edilir.
Qeyd edək ki, Şedju bu mövsüm superliqada 17 qarşılaşmada iştirak edib.
