“Sarı lacivərdli”lər milli komandalara ən çox futbolçu göndərən klub olub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Fənərbağça” Türkiyə millisinə 6 digər millilərə 7 futbolçu yollamaqla başda əzəli rəqibi “Qalatasaray” olmaqla bütün türk klublarını geridə qoyub.
“Cim Bom” isə Türkiyə millisinə 4 digər millilərə isə cəmi 3 futbolçusu dəvət alıb.
