Türkiyə Superliqasının bu həftə keçiriləcək “Fənərbağça” – “Qalatasaray” oyununu idarə edəcək baş hakimin adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, derbini Cüneyt Çakır idarə edəcək.
Qeyd edək ki, ötən mövsüm “Şükrü Saraçoğlu”nda keçirilmiş oyuna da Çakır təyinat almış və o matç 0:0 hesabıyla bitmişdi.
