“Fənərbağça” – “Qalatasaray” matçının vaxtı açıqlandı
14.03.2025 , 14:30

Türkiyə kubokunun 1/4 final mərhələsində keçiriləcək “Fənərbağça” – “Qalatasaray” oyununun vaxtı açıqlanıb.
Korner.az xəbər verir ki, görüş aprelin 2-də baş tutacaq.
Bu barədə Türkiyə Futbol Federasiyanın rəsmi saytı məlumat yayıb.
“Ülker” stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.
