Türkiyə Super Finalının son turunda “Fənərbağça” – “Qalatasaray” matçının ardından saxlanılan 47 azarkeş arasında azərbaycanlı da var.
Adı açıqlanmayan həmin şəxs həkimdir.
Fanatlardan 15-i “Şükrü Saracoğlu” stadionunun daxilində, qalanları isə arena xaricində baş verən olaylarla bağlı saxlanılıblar. Amma həmyerlimizin harada və hansı səbəbdən yaxalandığı məlum deyil.
Saxlanılanlar Türkiyə Prokurorluğu tərəfindən dindirilirlər.
