Mayın 12-də Türkiyə Superliqası çərçivəsində keçiriləcək "Fənərbağça" – "Qalatasaray" matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Korner.az-ın məlumatına görə, artıq biletlərin qiymətləri də bəllidi.
Dünyanın ən baxımlı derbiləri sırasında olan bu qarşılaşmanı tribunadan izləmək sevdasının bədəli 66-315 lirə (təxminən 30-150 manat) arasında dəyişir.
Qeyd edək ki, "Qalatasaray" ötən tur öz meydanında Sivasspor"u məğlub etməklə çempionluğu təmin edib.
