“Fənərbağça” PSJ-nin argentinalı futbolçusu Xavier Pastoreni heyətinə qatmaqda israrlıdır.
Korner.az-ın məlumatına görə, PSJ-nin baş məşqçisi Rolan Bulan futbolçuya nadir hallarda əsas heyətdə yer verir.
İstedadlı pleymeykerlə “Milan”, “Arsenal” və “Liverpul” klubları da maraqlanır. Futbolçunun təxmini transfer qiyməti 27 milyon avro civarındadır.
