Noyabrın 3-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımın klub rəhbərliyində görmək istədiyi azərbaycanlı iş adamının adı məlum olub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A.Yıldırımın yanına gətirmək istədiyi şəxs “Krokus” şirkətinin sahibi Araz Ağalarovdur.
O, həmyerlimizi rəhbərliyə gətirməklə klubu maliyyə cəhətdən gücləndirmək niyyətindədir.