“Fənərbağça” penalti ilə qalib gəldi – VİDEO
24.10.2025 , 10:45
“Fənərbağça” UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Domeniko Tedesko tərəfindən çalışdırılan İstanbul təmsilçisi doğma meydanda Almaniyanın “Ştutqart” klubunu 1:0 hesabı ilə məğlub edib.
Matçın yeganə qolunu 34-cü dəqiqədə Kərəm Aktürkoğlu penalti zərbəsindən vurub.
Qeyd edək ki, “Fənərbağça” əvvəlki turda “Nitsa” üzərində 2:1 hesablı qələbə qazanmışdı. Komanda növbəti qarşılaşmasını noyabrın 6-da səfərdə “Viktoriya Plzen”ə qarşı keçirəcək.