Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” “Arsenal”ın futbolçusu Mesut Özili transfer etməkdə israrlıdı.
Korner.az-ın məlumatına görə, İstanbul təmsilçisi hələ “Arsenal”la yeni müqavilə imzalamayan oyunçunun mövsümün sonunda verəcəyi son qərarı gözləyir.
Əgər türk əsilli alman futbolçu “sarı-lacivərtlilər”ə gəlməyə razı olarsa, “Fənərbağça” Kyer və Van Persinin satışından gələn gəliri Mesutu transfer etmək üçün xərcləyəcək. Özil “Arsenal”da qalmaq istəsə belə Türkiyə təmsilçisi Kyer və Van Persini komandadan göndərəcək.
