“Fənərbağça” onunla müqavilə yeniləyir
27.11.2024 , 12:57
“Fənərbağça” futbolçusu Bright Osayi-Samuel ilə yeni müqavilə üçün razılığa gəlib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda sözləşməsi bitəcək nigeriyalı futbolçuya 2+1 illik müqavilə və 100 faizə yaxın maaş təklif edib.
26 yaşlı futbolçu “Fənərbağça”nın bu təklifini qəbul edib.
Super Liqa klubu qısa müddət ərzində Osayi Samuel ilə müqaviləni rəsmiləşdirəcəyi gözlənilir.
“Fənərbağça”nın 2021-ci ildə heyətinə qatdığı Osayi Samuel komandanın heyətində 151 matçda 7 qol vurub, 14 məhsuldar ötürmə edib.