“Fənərbağça” onunla müqavilə yeniləyir
13.06.2024 , 23:29

“Fənərbağça” yeni müqaviləyə hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi müqaviləsi başa çatan Mert Hakan Yandaşla sözləşmə yeniləyəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Futbolçu ilə yeni 3 illik müqavilə imzalanacağı gözlənilir.
2020-ci ildən “Fənərbaxça”da çıxış edən Mert Hakan Yandaş Ostanbul klubunda 122 matçda 10 qol vurub, 21 məhsuldar ötürmə edib.
