“Fənərbağça” onun üçün hərəkətə keçdi
14.05.2024 , 13:50

“Fənərbağça” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Mişi Batşuayinin meneceri İstanbula dəvət olunub.
Korner.az xəbər verir ki, futbolçu ilə bu həftə görüş keçiriləcək.
Əgər Batşuayi getmək istəsə, İstanbul klubunun rəhbərliyi rəhbərliyi onun pulsuz getməsinə mane olacaq.
İngiltərədən təklif aldığı deyilən Batşuayi də üstünlüyünü “Fənərbağça”ya verir.
Bu mövsüm “Fənərbağça” ilə 42 matça çıxan Batşuayi 24 qol vurub, 3 məhsuldar ötürmə edib.
