"Fənərbağça" "Benfika"nın aparıcı futbolçusu Oskar Kardozaya transfer təklifi göndərib.
Korner.az-ın məlumatına görə, "sarı-lacıvərdlilər" paraquvaylı futbolçuya görə 15 milyon avronu gözdən çıxarıb. Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Oskar Kardozanın "Benfika"yla 2014-cü ilə qədər müqaviləsi var. Paraquvaylı bu mövsüm çıxdığı 46 matçda 29 qol vurmağa da müvəffəq olub.
