“Fənərbağça” onu transfer edəcək
19.12.2024 , 13:05
“Fənərbağça” müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Əl-Nəsr”də çıxış edən Aymerik Laportu heyətinə cəlb edə bilər.
Super Liqa klubu futbolçunu yanvar ayında transfer etməyi düşünür.
Türkiyə klubunun idman direktoru artıq oyunçunun keçidi ilə bağlı işə başlayıb.