"Everton" klubu ilə nigeriyalı Yobo üçün danışıqlar aparan "Fənərbağça" transferi həll etməyə çox yaxındır.
Korner.az-ın məlumatına görə, 2 mövsümdür "sarı-lacıvərdlilər"in heyətində icarə əsasında çıxış edən müdafiəçi, bu dəfə transfer olunacaq. İngilislər Yobo üçün 3.5 avro tələb edib. Lakin "sarı-bülbüllər" bu qiyməti 2.5 milyon avroya düşürə biliblər.
Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
