Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" klubu bu gün ikinci yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Böyükağa Hacıyevin komandası Türkiyə Superliqasının hazırkı lideri "Fənərbaxça" ilə qarşılaşıb.
Antalyada "Mardan" stadionunda keçirilən oyunda hesab açılmayıb – 0:0.
