“Fənərbağça” son oyunlarda gözəl oyun nümayiş etdirən Canər Ərkinlə yeni müqavilə imzalayacaq.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mövsümün sonunda müqavilə müddəti bitəcək 25 yaşlı futbolçu ilə yeni 5 illik müqavilə imzalanacaq.
“Sarı lacivərdlilər”in yanvar ayında Canərlə rəsmi müqaviləni imzalayacağı bildirilib. Yeni müqaviləyə əsasən Canər ilinə 1,3 milyon avro qazanacaq.
