“Fənərbağça” məşqləri bərpa etdi
04.05.2020 , 17:02

“Fənərbağça” koronavirus pandemiyasına görə dayandırdığı məşqləri bərpa edib.
Korner.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasında hazırlığa başlayıb.
Daha öncə “Beşiktaş”, “Denizlispor”, “Göztəpə”, “Kasımpaşa” və “Qaziantep”in də məşqlərə başladığı açıqlanmışdı.
