1999-cu ildən “Fənərbağça”nın formasını geyinən Semih Şəntürklə yollar ayrılıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “növbətçi qolçu” ləqəbi verilən və son vaxtlar ehtiyat oyunçular skamyasının “daimi sakini”nə çevrilən forvard növbəti mövsümdən “sarı-lacivərdli” formanı geyinməyəcək.
Klubun telekanalının yaydığı xəbərdə bildirilir ki, Semih 10 gün bundan əvvəl klubun bazasına dəvət edilsə də, gəlməyib. Rəhbərlik isə futbolçuyla bağlı qərarını onun menecerinə açıqlayıb.