Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, “Fənərbağça” ilk oyunda heç-heçə etdiyi (1:1) “Əşkişəhərspor”u qonaq edib. Əsas və əlavə vaxt da ilk oyundakı kimi qollu heç-heçə ilə yekunlaşdığından qalibi penaltilər seriyası müəyyənləşdirib. “Lotoreya”da qalib olan “Fənər” finala adlayıb.
