Türkiyə superliqasında 15-ci turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma keçirilib.
Superliqanın autsayderi “Balıkesirspor” klubu səfərdə “Karabükspor”a 1:0 hesabı ilə qalib gəlməklə turnir cədvəlində iki pillə irəliləyib.
Turun digər görüşlərində “Başakşəhər” öz meydanında “Kayseri Ərciyesspor”u qəbul edib və rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
“Fənərbaxça” doğma meydanda “Mersin”i sınağa çəkib. Qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Bu qələbə ilə “Fənərbağça” turnir cədvəlində liderliyə yüksəlib.
Tura dekabrın 29-da keçirilək “Trabzonspor” – “Əskişəhərspor” matçı ilə yekun vurulacaq.
