“Fənərbağça” Levandovskini transfer etmək istəyir
13.11.2025 , 13:10
“Barselona”nın hücumçusu Robert Levandovskinin “Fənərbağça”ya keçidi gündəmdədir.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı forvardın agenti İstanbul klubunun rəhbərliyi ilə görüş keçirib.
“Fənərbağça” hazırda 37 yaşlı futbolçunun qərarını gözləyir. Əgər Levandovski Türkiyəyə transferə müsbət yanaşsa, klub mövsüm başa çatmadan rəsmi təklif irəli sürəcək.
Xatırladaq ki, Levandovskinin “Barselona” ilə müqaviləsi bu ilin yayında başa çatır. O, cari mövsümdə 11 oyunda meydana çıxaraq 7 qol vurub.