“Fənərbağça” Levandovski üçün hərəkətə keçdi
25.11.2025 , 12:10
“Barselona”nın təcrübəli hücumçusu Robert Levandovski karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Fənərbağça” polşalı forvardla ciddi şəkildə maraqlanır.
İstanbul klubu artıq Levandovskinin agenti ilə əlaqə saxlayıb və ona bir illik müqavilə təklif edib. Lakin 37 yaşlı hücumçu bu təklifi yetərli hesab etməyib. O, daha uzunmüddətli – ən azı 2,5 illik müqavilə istəyir.
Levandovskinin “Barselona” ilə hazırkı sözləşməsi yayda başa çatır və onun gələcək karyerası hələlik qeyri-müəyyəndir.