“Fənərbağça” “Lester”in futbolçusuna elçi düşdü
12.06.2024 , 11:50

“Fənərbağça” yeni mövsüm üçün hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, klubun yeni transfer hədəfi Vilfrid Ndididir.
Nigeriyalı ulduzun ayın sonunda “Lester”lə müqaviləsi başa çatacaq.
“Fənərbağça”nın 27 yaşlı futbolçunun idarə şirkəti ilə əlaqə saxladığı bildirilir.
Razılıq əldə olunarsa, keçidin baş tutacağı gözlənilir.
Ötən mövsüm “Lester Siti”nin heyətində 36 rəsmi matçda iştirak edən Vilfrid Ndidi bu matçlarda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
