Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” iyulun 21-də Türkiyə nəhəngi “Fənərbağça” ilə yoxlama görüşü keçirəcək.
Korner.az-ın məlumatına görə, Cənub şəhərinin təmsilçisinin rəsmi saytı bu barədə məlumat versə də, operativliyi ilə seçilən “Fənərbağça”nın saytı isə susur.
Məsələ burasındadır ki, “Xəzər Lənkəran”ın yoxlama matçında qarşılaşacağı “Fənərbağça” ilə oyun “ağ-yaşıllar”ın saytında 3 gündür ki, xəbər kimi verilib. Lakin Türkiyə klubunun rəsmi saytı hələ ki, bu məlumatı təsdiqləməyib.
