Türkiyənin “Fənərabağça” klubu futbolçusu Kristian Baroni ilə yollarını ayırıb.
Korner.az-ın verdiyi məlumata görə, bu xəbər klubun rəsmi saytında yerləşdirilib. Braziliyalının ayrılmasının səbəbkarı isə yeni transfer Dieqo Ribas olub.
Belə ki, TFF-nin çıxardığı yeni legioner qaydalarına əsasən Ribasın klubda oynaması üçün istanbullular bir legionerini klubdan göndərməli idi. “Sarı-lacivertli” klub Baroni ilə bu səbəbdən yollarını ayırıb.
Xatırladaq ki, Baroni 2009-cu ildən “Fənərbağça”nın forasını geyinir
