“Fənərbağça” Koku ilə müqaviləni ləğv etdi
13.12.2018 , 15:05

“Fənərbağça” yollarını ayırdığı baş məşqçi Filip Koku ilə bağlı rəsmi məlumat yayıb.
Hollandiyalı çalışdırıcının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
İstanbul klubu komandadan ayrılsa da, bir müddətdir müqavilənin sonlandırmaq üçün danışıqlar apardığı F. Koku ilə ortaq məxrəcə gələ bilib.
Qeyd edək ki, 48 yaşlı mütəxəsis mövsümün əvvəlindən “sarı-lacivərtli” klubu çalışdırıb.
