“Fənərbağça” İtaliyadan futbolçu transfer edir
14.06.2023 , 14:10

“Fənərbağça”nın gündəmində olan Edin Dzeko “İnter”dən ayrılmaq qərarına gəlib.
Korner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Futbolçunun Türkiyə klubunun təklifindən sonra bu qərarı verdiyi bildirilir.
“Fənərbağça”nın 37 yaşlı hücumçuya 2 illik müqavilə təklif edəcəyi iddia edilir.
Mina Musayeva
